Azərbaycan və İndoneziya iqtisadi əməkdaşlığın genişlənməsində maraqlıdırlar.
Bazar ertəsi Bakıda Azərbaycan-İndoneziya biznes-forumu keçirilib. Forumun yekunlarına dair 3 sənəd imzalanıb. Bu barədə forumda iştirak edən “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Xüsusilə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və İndoneziya Ticarət və Sənaye Palatası arasında “Əməkdaşlıq haqqında anlaşma memarandumu” imzalayıblar.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfedrasiyası və İndoneziyanın Ticarət və Sənaye Nazirliyi arasında, eləcə də Azərbaycanın “Gənc sahibkarlar şəbəkəsi” ilə “İndoneziyanın Gənc Sahibkarları Assosasiyası”arasında da analoji memorandumlar imzalanıb.
Biznes-forum İndoneziyanın İqtisadi Məsələlər üzrə Ələqələndirici naziri Hatta Racasın Azərbaycana səfəri çərçivəsində təşkil edilib.
“Azpromo”nun rəhbəri Rüfət Məmmədov jurnalistlərə məlumat verib ki, bu biznes-forum ilk dəfə həyata keçirilir. Onun fikrincə, ASK, qida sənayesi, turizm, tikinti, emal sənayesi Azərbaycan və İndoneziya sahibkarları arasında mümkün əməkldaşlıq sahələridir.
R.Məmmədov əlavə edib ki, 2011-ci ilin yekunları üzrə Azərbaycan v İndoneziya arasında ticarət dövriyyəsi $920 mln. təşkil edib.
Biznes-forumda kənd təsərrüfatı, nəqliyyat, dağ mədən sənayesi, turizim, daşınmaz əmlak, heyvandarlıq, bitkiçilik, tikinti və digər sektorlarda fəaliyyət göstərən təxminən 50 biznes strukturlarının təmsilçiləri iştirak ediblər.