Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən “PSG-Broker” MMC-yə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib. Bu barədə QKDK-nın məlumatında deyilir.
““PSG-Broker” sentyabrın 13-də broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə lisenziyalar alıb”, - deyə məlumatda qeyd edilir.
Beləliklə, hazırda qiymətli kağızlar bazarında 15 broker fəaliyyəti, 14 diler fəaliyyəti və 2 aktivlərin idarə olunması, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş lisenziyalar qüvvədədir.