Azərbaycan və Litvanın müdafiə nazirləri Səfər Əbiyev və Rasa Yunkiaviçene yenilənmiş hərbi əməkdaşlıq haqqında saziş imzalayıblar.Bu barədə “İnterfaks- Azərbaycan” agentliyinə müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Saziş bazar ertəsi, S.Əbiyevin litvalı həmkarının dəvəti ilə Vilnüsə səfəri çərçivəsində imzalanıb.
Səfər çərçivəsində S.Əbiyevin Litvanın digər rəsmi şəxsləri ilə görüşməsi də planlaşdırılır.