Çərşənbə axşamı səhər saatlarında “Məişət malları” Açıq Səhmdar Cəmiyyətinin ərazisində baş vermiş yanğın tamamilə söndürülüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
“Yanğın saat 4.00 radələrində tam söndürülüb. Hazirda yanğınsöndürənlər qalan yanğın mənbələrinin söndürülməsi üçün yanğın yerinə baxış keçirilər”, - deyə FHN-dən məlumat verilib.
Xəbər verildiyi kimi, ASC-nin ərazisində yanğın saat 17:00 radələrində baş verib. Yanğın 6 ədəd yanacaq çənində yanğın baş verib və partlayış nəticəsində yanğın ətrafa yayılmağa başlayıb. Hadisə yerinə dərhal maşın, mexanizm, helikopterlər, həkim briqadaları cəlb edilib.
İlkin araşdırmalarla müəyyən olunub ki, cəmiyyətin ərazisində yerləşən yanacaq çənlərində aparılan qaynaq işləri zamanı yanğın təhlükəsizliyi və əmək mühafizəsi qaydalarının pozulmasına yol verilib.
Yanğın nəticəsində iki nəfər ölüb, bir nəfər itkin düşüb, daha iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddələri ilə cinayət işi başlanıb.