MDB məkanında və Gürcüstanda Residor Hotel Group şirkəti tərəfindən vahid mehmanxana brendi yaradılacaq.Bu barədə şirkətin biznesin inkişafı üzrə direktoru Punit Çattval çərşənbə axşamı Bakıda MDB ölkələri və Gürcüstan üzrə I Mehmanxana İnvestisiya Konfransında (iCON) çıxış edərəkən məlumat verib.
“Bu gün şirkət MDB və Gürcüstanda vahid brend şəbəkəsi yaratmaq barədə qərar qəbul edib, artıq bir sıra françayzinq müqavilələr imzalanıb”.- deyə P.Çattval öz çıxışınsda bildirib.
“Turizm biznesinin inkişaf etdirilməsində vacib məqamlardan biri yalnız elit mehmanxana brendlərinin irəliləməsi deyil, həmçinin orta səviyyəli otellərin də inkişaf etməsidir”,- deyə o bildirib.
Onun sözlərinə görə, peşəkar kadrların hazırlanması uğurun şərtlərindən biridir.
Konfransda çıxış edən HVS şirkətinin direktoru Tatyana Veller qeyd edib ki, Azərbaycanda mehmanxana biznesinin inkişafı üçün böyük potensial var.”Burada “Avroviziyon”, müxtəlif böyük idman yarışları kimi beynəlxalq tədbirlərin keçirilməsi əsas rol oynayır”,- deyə T.Valler əlavə edib.
HVS Beynəlxalq mehmanxana konsaltinq şirkəti sentyabrın 18-19-da Bakıda MDB ölkələri və Gürcüstan üzrə mehmanxana sektorunun inkişafına və regionda investisiya iqliminə, eləcə də sənayenin digər aktual məsələlərinə həsr olunmuş I Mehmanxana İnvestisiya Konfransı keçirəcək.
iCON beynəlxalq investor və operatorları, eləcə də nüfuzlu regional ekspertləri, hakimiyyət nümayəndələrini sənayenin problem və perspektivlərini müzakirə etmək üçün birləşdirir.
iCON nümayəndələrə regionda turizm və mehmanxana sektorunun inkişaf strategiyaları, bilik və fikir mübadiləsi üçün əla platforma təqdim edir.
HVS şirkəti uzun illər ərzində araşdırma və təhlillərə əsaslanaraq bütün dünyada mehmanxana sənayesinin problemlərinə həll təqdim edir , MDB ölkələrinin mehmanxana sektorunun uğurlu inkişaf yollarını müəyyən etməyə kömək edir. iCON HVS-nin təklif etdiyi növbəti etibarlı ünsiyyət platforması olacaq və gələcək tendensiya və təcrübələr yolunda növbətti addımlara xidmət edəcək.