Azərbaycan diasporu çərşənbə axşamı Ermənistanın Parisdəki səfitliyi qarşısında mitinq keçirəcək.Bu barədə Dünya Azərbaycanlıları Konqresinin(DAK) mətbuat xidməti DAK-ın həmsədri Sabir Rüstəmxanlıya istinadən məlumat verir.
DAK həmsədrinin sözlərinə görə, Azərbaycan diasporu tərəfindən təşkil edilən mitinqə Fransa Türk Federasiyası dəstək göstərəcək.
S.Rüstəmxanlı bildirib ki, o və DAK-ın digər həmsədri Firudin Pərvizni mitinqdə iştirak etmək üçün artıq Parisdədirlər.Mitinq Ramil Usubovun azad edilməsi məsələsindən maksimum şəkildə istifadə etməyə cəhd göstərərək anti-Azərbaycan və anti-Türkiyə təbliğatının təşkil edilməsinə qarşı etiraz olaraq keçirilir.
“Bizim mitinqimiz erməni diasporunun Parisdə Azərbaycan səfirliyi qarşısında planlaşdırdığı mintinqlə eyni anda keçiriləcək.Beləliklə, bizim aksiyamızı erməni diasporunun yalan üzərində qurulmuş təbliğatına bir növ cavab hesab etmək olar”,- deyə S.Rüstəmxanlı qeyd edib.
Yerli vaxtla saat 18:00-da başlanması nəzərdə tutulan mitinqdə Sabir Rüstəmxanlının çıxışı gözlənilir.
Baş leytenant Ramil Səfərov 2004-cü ildə Macarıstanda NATO qoşunları tərkibində hərbi təlimlər zamanı Azərbaycan bayrağını təhqir etmiş erməni zabiti Qurgen Markaryanı öldürüb. R,Səfərov Budapeşt məhkəməsi tərəfindən ilk 30 il müddətində əfv olunmaq hüququ olmadan ömürlük həbs cəzasına məhkum edilib.
Avqustun 31-də Macarıstan R.Səfərovu Azərbaycana ekstradisiya edib, həmin gün o Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv olunub.