İranda dörd aydan artıq müddətdə həbs olunan iki azərbaycanlı şair Fərid Hüseyn və Şəhriyar Hacızadənin azadlığa buraxılması Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin səyləri nəticəsində mümkün olub. Bu barədə şairlər çərşənbə axşamı mətbuat konfransında bəyan ediblər.
“Bizim azadlığa çıxmağımız həmçinin Azərbaycan ictimaiyyəti, o cümlədən KİV nümayəndələri tərəfindən qaldırılan ictimai rezonans sayəsində mümkün olub. Biz azad edilməyimiz gözləyirdik, dövlətimizə inanırdıq. Azərbaycan vətəndaşlarını qoruyan güclü dövlətdir”, - deyə F.Hüseyn vurğulayıb.
Aprelin 29-da İrana ədəbiyyat festivalında iştirak etmək üçün səfər edən azərbaycanlı şairlər mayın 2-də bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həbs ediliblər.
Mətbuat konfransında şairlər həmçinin Təbrizdə “ETTELAAT” xüsusi xidmət orqanının nümayəndələri tərəfindən saxlanılmaları və həbsdə olarkən şəraitlə bağlı təfəərrüatları ilə bölüşüblər.
“Biz festivala müxalif fikirləri ilə məşhur iranlı şair Bəhram Sürgünün rəsmi dəvəti ilə getmişik. Təbrizdə oalrkən Məhəmmədhüseyn Şəhriyarın oğlu ilə görüşüblər, qəbiristanlıqda olublar və digər muzeyləri ziyarət ediblər. Mayın 2-də saat 22.20 radələrində Təbrizdəki avtovağzaldan avtobusda minib Bakıya qayıtmaq istəyəndə “ETTELAAT” əməkdaşları tərəfindən saxlanıldıq”, - deyə şairlər bildiriblər.
Onların sözlərinə görə, ümumilikdə 86 gün İran İnformasiya və Təhlükəsizlik Nazirliyinin binasında (“ETTELAAT”) saxlanılıblar.
“İlk 22 gün bizi pəncərələri olmayan təkadamlıq kameralarda saxlayıblar. Sonra bizi İran İnformasiya və Təhlükəsizlik Nazirliyinin binasında (“ETTELAAT”) digər kameraya köçürüblər. Burada biz ikimiz 64 gün keçirdik”, - deyə Ş.Hacızadə bildirib.
Onun sözlərinə görə, həbsdə saxlandıqları ilk günlərdə “ETTELAAT” əməkdaşlarının dindirmələr 6-12 saat keçirilib. Halbuki həbs olunan gün şairlərə qarşı heç bir ittiham irəli sürülməyib.
“İstintaqın beşinci və ya altıncı günü bizə bildirdilər ki, bizə konfransda iştirak etmək və iranlı ədiblərlə mədəni-bədii əlaqələr qurmaq icazəsi verən sənəd təqdim edilməyib. Lakin, bizm ətrafımızda məsələ daha bööyük ictimai rezonansa çevrilincə İranın xüsusi xidmət orqanları başa düşdülər ki, rəsmi olaraq qanun çərmivəsində bizi uzun müddət ərzində həbs altında saxlaya bilməyəcəklər. Nəticədə, zaman keçdikdən sonra bizi İrana qarşı təbliğat aparmaq cəhdində ittiham etdilər. Biz bu barədə yalnız məhkəmədə xəbər tutduq”, - deyə şairlər vurğulayıblar.
Həbsdən 25 gün keçdikdən sonra onlar ilk dəfə ailə üzvləri ilə əlaqə saxlayıblar.
Onların sözlərinə görə, axatrış zamanı üzərlərindən qanunsuz heç bir şey aşkar edilməyib.
“Biz özümüzlə Bəhram Sürgünün xahişi ilə ona bədii ədəbiyyat gətirmişik. Kitabların adları onun bizə ünvanladığı elktron məktubda qeyd olunub. Bu kitablarda heç bir siyasi istiqamət yoxdur və onlar təbliğat xarakteri daşımır. Əks halda, onları bizdən Azərbaycan–İran sərhədini keçdiyimiz zaman götürərdilər. Bəhram Sürgünün hədiyyə etdiyi kitablara gəlincə isə, onlar da İrana qarşı yönəldilməyiblər, çünki sadəcə olaraq bu ölkədə dərc olunublar”, - deyə Ş.Hacızadə bildirib.
F.Hüseyn və Ş.Hacızadə ümumilikdə həbsdə 4 ay və 3 gün keçiriblər.
“86 gün “ETTELAAT”da saxlandıqdan sonra bizi Təbrizin Mərkəzi həbsxanasına köçürüblər. Burada biz daha 40 gün qaldıq. Bizdən başqa, burada vaxtaşırı15-25 yaşlarında 70-90 gənc adam saxlanılıb”, - deyə şairlərdən biri qeyd edib.
Şairləırin sözlərinə görə, onların işi ilə bağlı iki məhkəmə prosesi keçirilib.
“Birinci məhkəmə qapalı olub. Biz hətta bunun məhkəmə prosesi olduğunu anlamadıq. Bizə suallar verdilər, biz bunun üzləşdirmə olduğunu düşünərək onları cavablandırdıq. İkinci proses açıq olub və avqustun 7-də keçirilib. Məhkəmə qərarını biz avqustun 21-də aldıq. Bizi İranın təhlükəsizliyinin pozulması cəhdində ittiham etdilər və 1 il həbs cəzasına məhkum etdilər. Hökm qərəzli və yanlış idi, çünki o Azərbaycan tərəfinə göndərilməyib”, - deyə o bildirib.
F.Hüseyn və Ş.Hacızadə həmçinin qeyd edibklər ki, İran qanunvericiliyinə əsasən, onların cəza müddətinin yarısını çəkərək azadlığa çıxmaq hüququ vardı.
“Beləliklə, bizim yalnız 2012-ci il noyabrın 4-də azadlığa çıxmaq şansımız vardı. Lakin, Azərbaycan rəhbərliyinin Uirana göstərdiyi təzyiq nəticəsində biz sentyabrın 4-də azadlığa buraxlıldıq və sentyabrın 6-da Təbrizdən vətənə qayıtdıq”, - deyə F.Hüseyn qeyd edib.
Jurnalistlərin suallarına cavb verərkən şairlər bildiriblər ki, onlara qarşı narkotik maddələrin qanunsuz qaçaqmalçılığı və İsraillə əlaqələr ilə bağlı ittihamlar irəli sürülməyib.