Bakı Dövlət Universitetinin nəzdindıə Koreya mərkzi yaradılacaq. Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə BDU-dan məlumat verilib.
Bu barədə razılaşma universitetin rektoru, professor Abel Məhərrəmovun Koreyanın Azərbaycana yeni təyin olunmuş səfiri Çoi Suk İnnomla görüşü çərçivəsində əldə edilib.
A.Məhərrəmov qonağa universitet, onun tarixi haqqında məlumat verərək, BDU-nun beynəlxalq layihələri, əlaqələri və proqramları barədə ətraflı söhbət açıb. Rektor Azərbaycanın Koreya ilə münasibətləri mövzusuna toxunaraq əlavə edib ki, BDU-da 2007-ci ildən Koreya dili və ədəbiyyatı tədris edilir.Dərslər həm yerli, həm də Koreyadan dəvət edilmiş müəllimlər tərəfindən keşirilir.
A.Məhərrəmov BDU-nun Koreya universitetləri ilə əməkdaşlığından məmnunluğunu ifadə edərək, yeni səfirin bu prosesin sonrakı inkişafına kömək edəcəyinə əmin olduğunu bildirib.
Rektorun sözlərinə görə, BDU-da artıq bir sıra mərkəzlər fəaliyyət göstərir.Bununla əlaqədar olaraq A. Məhərrəmov Azərbaycan və Koreya arasında münasibətlərdə özünə məxsus yeri olacaq Koreya mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb.
Öz növbəsində səfir BDU-da Koreya dili və ədəbiyyatının tədris səviyyəsindən, həmçinin görüş zamanı tərcüməçilik edən Şərqşünaslıq fakultəsinin dördüncü kurs tələbəsi, e koreya dili və ədəbiyyatını öyrənən Nurlan Məmmədovun işindən razı qaldığını bildirib.
Görüşün sonunda Koreya səfirliyi tərəfindən oktyabrın 12-də Koreya dili və ədəbiyyatını öyrənən tələbələr arasında natiqliq müsabiqəsinin keçirilməsi barədə qərar qəbul edilib.