Azərbaycanın Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə üç nəfər həlak olub, daha bir neçə şəxs xəstəxanaya yerləşdirilib. Bu barədə ANS telekanalı məlumat verib.
Çərşənbə axşamı üç avtomobilin toqquşması nəticəsində hadisə yerində iki nəfər həlak olub, yeddi nəfər xəstəxanaya çatdırılıb. Həkimlər bir nəfərin həyatını xilas edə bilməyiblər.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.