SOCAR “Ümid” yatağından çıxarılan ilk qazın nəqlinə başlayıb. Bu barədə jurnalistlərə şirkətin prezidenti Rövnəq Abdullayev məlumat verib.
“ Bu gün “Ümid “ yatağından hasil edilən ilk qaz sahilə, qaznəqli sisteminə daxil olub . Hasilat bir quyudan əldə edilir”,- deyə R.Abdullayev hər il sentyabrın 20-də qeyd edilən Neftçilr Günündə, SOCAR əməkdaşları üçün tikilmiş evin açılış mərasimində çıxışı zamanı söyləyib.
O bildirib ki, bu quyunun sutkalıq debiti 1 mln.kubmetr qaz və 200 ton kondensat təşkil edir.
O bildirib ki, hasilatın həcmi yeni quyular qazıldıqca artırılacaq.” Yataqda 5 quyu qazılacaq. Artıq yeni quyunun qazma işlərinə başlanılıb”.- deyə R.Abdullayev söyləyib.
Onun sözlərinə görə,üçüncü quyunun istismara verilməsi 2013-cü ilin birinci rübünənəzərdə tutulur.
“ Beləliklə. “Ümid” yatağının böyük işlənilmə proqramını həyata keçirməyə başlayırıq.Bundan başqa, ehtiyatları “Ümid” yatağının ehtiyatlarından iki dəfə çox olan “Babək” strukturunda kəşfiyyat qazma işlərinə başlamağı planlaşdırırıq”,- deyə R.Abdullayev əlavə edib.
Cümə axşamı, Neftçilər Günündə SOCAR rəhbərliyi Fəxri Xiyabanda ümummmili lider Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyublar.
“Ümid- Babək” perspektiv bloku Xəzərin Azərbaycan sektorunun dərinsulu hissəsində Bakıdan 75 km məsafədə yerləşir. SOCAR şirkəti tərəfindən işlənilən “Ümid” yatağının ehtiyatları minimum 200 mlrd. kubmetr qaz, 30 mln. ton kondensat, ”Babək” strukturunun ehtiyatları 400 mlrd. kubmetr qaz, 80 mln. ton kondensat həcmində qiymətləndirilir.