Rusiya ali məktəblərinə daxil olmuş 10-dan çox azərbaycanlı tələbə yerli ali məktəblərdə təhsil almaq üçün vətənə geri qayıdıb.Bu barədə təhsil naziri Misir Mərdanov məlumat verib.
“Rusiya ali məktəblərinə daxil oln azərbaycanlı tələbələr vətənə qayıdıblar, onlar burda təhsil alacaqlar”,-deyən nazir tələbələrin qayıtmasının dəqiq səbəbini açıqlamayıb.
Nazirin sözlərinə görə, söhbət 12 tələbədən gedir. Onlardan onu bakalavr, ikisi magistr dərəcələrində təhsil alırlar.
“Mən bu tələbələrin valideynləri ilə görüşdüm, nəticədə bu uşaqlar hamısı Azərbaycanın ali məktəblərinə, müvafiq ixtisaslarayerləşdiriliblər”,- deyə nazir bildirib.
Misir Mərdanovun yurnalistlərin sözügedən tələbələrin Rusiyda ödənişsiz, Azərbaycanda isə ödənişli əsaslarla təhsil alması barədə sualını cavablandırarkən Misir Mərdanov bu məsələ ilə maraqlanacağını və problemi həll edəcəyini bildirib.
Xəbər verildiyi kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, TQDK-nın apardığı qəbul imtahanlarında Rusiya ali məktəblərinə daxil olmuş 20 Azərbaycan vətəndaşından 12-si vətənə qayıdıb. M.Abbaszadənin sözlərinə görə, bu Rusiya ali məkrəblərinə 20 tələbə qəbul edildikdən sonra Azərbaycana ayrılmış yerlərdə aparılan ixtisarla əlaqədar olub.