2010-cü ilin iyun ayındam etibarən Bakı-Tiflis–Ceyhan neft kəməri ilə Türkmənistan neftinin nəqlinin ümumi həcmi 5,5 mln. ton təşkil edib. Bu barədə SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) prezidenti Rövnəq Abdullayev cümə axşamı rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.
“BTC neft kəmərinin ötürmə qabiliyyəti illik 60 mln. ton təşkil edir. Boru kəmərinin qücünün artırılmasına dair daimi işlər aparılır. Bu gün həmin boru kəməri vasitəsilə sutka ərzində 1,2 mln. barrel Azərbaycan nefti nəql edilir”, - deyə R.Abdullayev vurğulayıb.
Bakı-Tiflis–Ceyhan neft kəmərinin istifadəyə verilməsindən etibarən ümumilikdə bu boru kəməri ilə 196 mln. ton Azərbaycan nefti nəql olunub.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları: BP (30.1%); SOCAR (25.00%); Chevron (8.90%); Statoil (8.71%); TPAO (6.53%); ENI (5.00%); Itochu (3.40%); ConocoPhillips (2.50%); INPEX (2.50%), Total (5.00%) və Amerada Hess (2.36%) şirkətləridir.