2012-ci ildə qədər Azəri-Çıraq-Günəşli yatağlar blokunun işlənməsinə investisiyalar $27 mlrd.–ı ötüb. Bu barədə “BP-Azerbaycan” şirkətindən (“AÇQ” layihəsinin operatoru - İF-Az) məlumat verilib.
“Azəri”, “Çıraq” və “Dərinsulu Günəşli” yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib.
“1997-ci ilin noyabr ayından 2012-ci ilin avqust aylna qədər “AÇQ” blokundan 280,1 mln. ton neft hasil edilib. Müqavilə blokunda işlənmənin əvvəlindən 2012-ci ilin iyun ayına qədər səmt qazının ümüumi həcmindən 26 mlrd. kubmetr Azərbaycana verilib”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, 2012-ci il sentyabrın 15-nə olan vəziyyətə görə, Ceyhan terminalından Azəri-Çıraq-Günəşli blokundan hasil edilən Azərbaycan nefti ilə 1975 tanker göndərilib.
2011-ci ildə “BP”-nin dünyada 20 ən məhsuldar quyularından 5-i “AÇQ” blokundan quyuiların payına düşüb.
2011-ci ilin sonuna “AÇQ” layihəsi çərçivəsində Azərbaycanda sabit inkişaf proqramlarına (sosial proqramlar – İF-Az) investisiyalar $14 mln.–ı ötüb.
Layihənin iştirakçıları: BP (Böyük Britaniya - 35,78% - operator), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8%), “Hess” (2,72%) şirkətləri, Azərbaycanın SOCAR (11,65%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “ITOCHU Oil” (4,3%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin “TPAO” (6,75%) şirkətlərdir.