“Azərenerji” SC 1С 8.2 proqram təminatına lisenziyanın alınmasına tender və onun idarəçi aparatda, həmçinin SC-nin tabeliyində olan müəssisə və təşkilatlarda tətbiqi üçün şirkət seçimi elan edib. Bu barədə cəmiyyətdən məlumat verilib.
Tenderdə iştirak haqqı – 400 manatdır.
Təklifin dəyərindən 2% həcmində bank zəmanəti ilə müşayiət edilən şirkətlərin tender təklifləri noyabrın 15-dək qəbul edilir.
Tender proseduru noyabrın 16-da keçiriləcək.