“ABB-Moskva” bankı (Azərbaycan Beynəlxalq Bankının törəmə strukturu) $55 mln. məbləğində kredit cəlb edib.Bu barədə bankın saytında məlumat verilir.
Kredit ABB-nin zəmanəti ilə verilib.
Kreditin əsas təşkilatçısı və agenti rolunda Rusiyanın “Novikombank” SKB QSC çıxış edib. Həmçinin, əqdin maliyyələşdirilməsini “Bank Uralsib”, “Belqazprombank”ASC, “Swiss Forfait s.r.o.”, “Ruslanbank” SKB (QSC), “Baltikums Bank” AS təmin edib.
Bu əqd “ABB- Moskva” Bankı üçün 2011-2015-ci illərdə kredit təşkilatlarının strateji inkişaf planlarına müvafiq olaraq beynəlxalq banklararası biznesin inkişaf etdirilməsi sahəsində növbəti mərhələ oldu.
Məlumatda qeyd edilir ki, “ABB-Moskva” bankı gələcəkdə yuxarıda göstərilən strategiyanı aktiv şəkildə həyata keçirmək niyyətindədir. Bu strategiya bir təqvim ili ərzində cəlb edilən kreditlərin həcmini artıramaq və sayını dördə çatdırmağı nəzərdə tutur.
“ABB-Moskva” Bankı 2002-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 100%-lik törəmə strukturu kimi yaradılıb. Hazırda bank şəbəkəsinin Moskva, Sankt-Peterburq və Yekaterinburqda 15 satış ofisi var.