Azərbaycan Prezidenti İlham Əliyev noyabr ayında Sinqapur və İndoneziyaya rəmi səfərə gedəcək.Bu barədə jurnalistlərə cümə günü Azərbaycanın İndoneziya və Sinqapurdakı səfiri Tamerlan Qarayev məlumat verib.
“Prezidentin Sinqapura səfəri noyabrın 20-21-də, İndoneziyaya səfəri noyabrın 22-23-də baş tutacaq. İndoneziyaya səfər çərçivəsində müxtəlif sahələrdə əməkldaşlığın genişləndirilməsi üzrə 17 sənədin imzalanması gözlənilir. Sinqapur səfərində müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq barədə 3-4 sənəd imzalanacaq”,- deyə o bildirib.
T.Qarayevin sözlərinə görə,imzalanmış sənədlər Azərbaycan və İndoneziya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyəti üçün hüquqi baza yaradacaq.