Azərbaycanda fermerlərə mineral gübrələrin alınmasına 2 mln. 275 min 187,28 manat məbləğində büdcədən maliyyə yardımı ayrılacaq. Bub barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Maliyyə yardımlarını 6,759 min fermer alacaq.
Ayrılan vəsaitlərin hesabına 9 mln. 565,28 min kiloqram mineral gübrələrin alınması planlaşdırılır.
2011-ci ildə Azərbaycanda fermerlər mineral gübrələrin alınması üçün 13,5 mln. manta məbləğində maliyyə yardımı alıblar.