Islam Əməkdaşlıq Təşkilatına(İƏT) üzv ölkələrin tələbə və mütəxəssislərinə Azərbaycanın ali mətktəblərində təhsil almaq imkanı veriləcək.Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov belə bəyan edib.
“Yaxın vaxtlarda bu istiqamətdə müvafiq prosedurlara başlanılacaq”,- deyə Ə.Abbasov İƏT-in baş katibinin müavini, səfir Əbdül Moiz Buxari ilə görüşdə bildirib.
Ə.Abbasov həmçinin, BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə cari ilin noyabrında Bakıda keçiriləcək VII İnternet İdarəçiliyi Forumunun nazirlər toplantısına, Bakutel sərgi-konfransına İƏT-in rəhbərliyini dəvət edib.
Səfir ötən M.Buxari Bakutel-2011 sərgisi çərçivəsində İƏT-in Elm, Texnologiya Komitəsinin (COMSTECH) Bakıda keçirilən iclasını yüksək qiymətləndirib. “Azərbaycanın İƏT-in Elm, Texnologiya, İnnovasiya Təşkilatına (STİO) üzv olmasının gələcək əməkdaşlıq baxımından əhəmiyyətli olacaq”,- deyə vurğulayıb
Daha sonra cari ilin dekabrında COMSTECH-in zirvə toplantısının Pakistanda keçiriləcəyini vurğulayan səfir Azərbaycan tərəfinin növbəti illərdə analoji tədbirin Azərbaycanda keçirilməsi təşəbbüsü ilə çıxış etməsini təklif edib.