Azərbaycan 2012-ci ilin yanvar-avqust aylarında 24 mln. 29, 89 min ton neft ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 11,9 % azdır. Bu barədə “İnterfaks - Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İxracın ümumi həcmindən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 19 mln. 518,734 min ton neft nəql edilib. Bakı- Supsa neft kəməri ilə 2 mln.557,024 min ton, Bakı- Novorossiysk neft kəməri ilə 1 mln. 268,476 min ton. neft ixrac olunub. Dəmir yolları ilə Gürcüstan limanlarına 685,656 min ton neft daşınıb.
Komitədən bildirildiyi kimi, hesabat dövründə $13 mlrd. 536 mln. 595,36 min məbləğində 16 mln. 209,852 min ton rəsmiləşdirlimiş neft ixrac edilib.
DGK-dan bildirilib ki, yanvar-avqust aylarında Azərbaycandan $863,088 mln. məbləğində 1 mln. 49,286 min ton neft məhsulları ixrac olunub.