Sentyabrın 23-28-də Azərbaycanda “Türkiyə həftəsi” keçiriləcək. Bu tədbir çərçivəsində siyasi ekspertlər Gəncə, Lənkəran, həmçinin cəbhəyanı Ağdam rayonuna səfər edəcəklər. Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzindən məlumat verilib.
Nümayəndə heyətlərinin tərkibinə iki ölkənin “beyin mərkəzləri”nin təmsilçiləri, deputatlar, ali məktəb müəllimləri daxil olacaq.
Tədbir çərçivəsində görüşlər təşkil ediləcək, Azərbaycan-Türkiyə əməkdaşlığı mövzusunda müzakirələr aparılacaq.
Keçən ilin oktyabr ayında Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin iştirakı ilə Türkiyənin beş şəhərində analoji “Azərbaycan həftəsi” keçirilib.