Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Rusiya Federasiyası Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovu qəbul edib. Bu barədə qubernator Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda çıxışı zamanı məlumat verib.
S.Bojenovun sözlərinə görə, görüşdə o Azərbaycan və vilayət arasında mövcud əməkdaşlığın səviyyəsindən məmninluğunu bildirib. Qubernator İ.Əliyevlə investisiyaların qoyuluşu sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.
“Dövlətlərimizin rəhbərləri ticari-iqtisadi münasibətlərin inkişafına böyük əhəmiyyət verirlər. Görüş zamanı Azərbaycan Prezidenti hər ii ölkənin iş adamlarını daha fəal investisiya yatırmağa çağırıb”, - deyə S.Bojenov bildirib.