Çərşənbə axşamı Bakının Binəqədi rayonunda sərnişin avtobusu “KamAZ” markalı avtomobil ilə toqquşub.
“Təcili yardım stansiyasına xəsarət alan iki nəfər barədə məlumat daxil olub. Yaralananlar xəstəxanaya yerləşdirilib”, - deyə Mərkəzi Təcili Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verib.
Onun sözlərinə görə, xəsarət alanların vəziyyəti haqqında dəqiq məlumatı yoxdur.