SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Abşeron” Qazma İşləri İdarəsi “Pirallahı adası-quru” yatağında yeni quyu qazır. Bu barədə SOCAR-dan məlumat verilib.
1081 nömrəli quyu “Pirallahı adası-quru” yatağında qazılır. Quyunun layihə dərinliyi 700 metrdir. Qazıntı işləri Qirməki altı lay dəstəsinə qədər həyata keçirilir.
Quyudan sutkada 3-4 ton neft hasil ediləcəyi gözlənilir.
“Pirallahı” yatağı 1902-ci ildən işlənilməyə verilib. Yatağın ehtiyatları təxminən 2 mln. tondur.