Azərbaycan ərazisinə gətirilən buğda və meslin, buğda unu və ya buğda-çovdar unu ƏDV-dən azad olunur. Bu barədə Nazirlər Kabinetindən mılumat verilib.
İdxalçılar üçün ƏDV üzrə güzəştlər 2013-ü il sentyabrın 25-dək qüvvədədir.
Məlumatda qeyd olunur ki, bu düzəlişlər “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli qərarına daxil edilib.
Güzəştlərin tətbiqi haqqında qərar İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifi əsasında qəbul edilib.
Xəbər verildiyi kimi, 2008-ci ilin iyul ayından 2009-cu ilin aprel ayına qədər Azərbaycan höküməti buğda və un idxalçılarını dünya bazarlarında bu məhsullara qiymətlərin artımı ilə əlaqədar ƏDV-dən azad edib. Bundan başqa, 2010-cu ilin dekabr ayından 2011-ci ilin avqust ayına qədər analoji vergi güzəştləri tətbiq edilib.