Çərşənbə axşamı AMEA-nın İnsan Hüquqları İnstitutunda Azərbaycanda İnsan huquqlarının mudafiəsi uzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə işçi qrupunun üzvlərinin ilk görüşü keçirilir.
İnstitutunun direktoru Aytən Mustafayeva görüşdən öncə jurnalistlərə məlumat verib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci ilin dekabr ayında Fəlaiyyət Planını təsdiq edib. Həmin sərəncama əsasən, İnsan Hüquqları İnstitutu daxil olmaqla müvafiq strukturlara Azərbaycanın qaçqınları və məcburi köçkünlərinin erməni təcavüzünə məruz qaldıqları zaman pozulan hüquqlarını aşkar etmək və Azərbaycana bu təcavüz nəticəsində vurulan ziyanın məbləğini dəqiqləşdirmək tapşırılıb.
A.Mustafayevanın sözlərinə görə, İnstitiu iki ildir bu məsələlərin təhqiqi ilə məşğul olur, lakin işin səmərəliliyinin artırılması üçün bütün maraq göstərən nazirlik və idarələrin birgə iş aparmaları lazımdır.
“Lazımi məlumatı toplayaraq biz onu dünya ictimaiyyətinə çatdıracağıq. O cümlədən onu hüquqi cəhətdən əsaslandıraraq beynəlxalq təşkilatlar və məhkəmələrə müraciət edəcəyik”, - deyə İnstitutun direktoru bildirib.
A.Mustafayeva qeyd edib ki, “dünyada bu cür məsələlərin müzakirəsi misalları mövcuddur. Bizim əsas məqsədimiz – gələcək dörd il ərzində digər nazirlik və idarələrlə əməkdaşlıq edərək bu işi başa çatdırmaqdır”.
İşçi qrupunun ilk görüşündə Ədliyyə Nazirliyinin, Ombudsman Aparatının, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, AMEA-nın insgtitutlarının və s. namyəndələri iştirak edir.