Azərbaycanın müdafiə naziri Səfər Əbiyev çərşənbə axşamı Türkiyənin Azərbaycandakı yeni təyin olunan səfiri Alper Coşqunu qəbul edib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə tərəflər iki ölkənin hərbi əməkdaşlıq məsələləri və regionda hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.