SOCAR şirkəti (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Günəşli” dayazsulu yatağında yeni quyu istifadəyə verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“44 nömrəli quyu “SOCAR AQŞ” Müştərək Müəssisəsi tərəfindən 11-ci özüldən qazılıb. Quyunun layihə dərinliyi 3800 metrdir. Sutkalıq debit – 80 ton neft təşkil edir”, - deyə SOCAR-ın nümayəndəsi qeyd edib.
Quyu SOCAR şirkətinin “28 May” adına NQÇİ-nin sifarişi ilə qazılıb.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.