Çərşənbə axşamı Bakıda Böyük Britaniyanın Müdafiə Akademiyası və Azərbaycanın Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə “Geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması” mövzusunda kurs keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Kurslarda Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə yanaşı, Xarici İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirliklərinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Xüsusi Dövlət Mühafizəsi və Dövlət Sərhəd xidmətlərinin nümayəndələri iştirak edirlər.
Tədbirdə təhlükəsizlik məsələləri, müdafiə sektorunun təşkili, beynəlxalq terrorizm və antiterrorizm, böhranların idarə olunması, siyasətin formalaşdırılması, milli təhlükəsizlik strategiyası, beynəlxalq əməliyyatlar, güc tətbiq etmə hüququ, insan resurslarının, informasiyanın və islahatların idarə edilməsi məsələləri müzakirə edilir.