“Bank Respublika” qurulan bankomatlarının sayını 50-ə çatdırıb. Bu barədə bankdan məlumat verilib.
“Müştərilərimizin öz vəsaitlərini rahat idarə etmələri və plastik kartlarından istifadəyə dair əlverişli şərait yaratmaq üçün “Bank Respublika” Nizami küçəsi 79 ünvanlnda yerləşın “Al Chicken Seba” restoranında yeni bankomat qiraşdırıb”, - deyə məlumatda qeyd olunur.
Bu bankın quraşdırdığı sayca 50-ci bankomatdır.
“2012-ci ilin sonuna qədər “Bank Respublika” daha 5 bankomat quraşdırmağı planlaşdırır”, - deyə məlumatda vurğulanır.
“Bank Respublika” 1992-ci il fevral ayının 17-də təsis edilib. Bankın səhmdarları sırasında Almaniyanın ən iri maliyyə institutları - “KfW” bank qrupunun üzvü “DEG” İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü “SIDT” (“25% + 1 səhm” həcmində səhm paketinə malikdirlər) var.
“Bank Respublika Azərbaycanın aparıcı banklarının 10-na daxildir.