Azərbaycanın hüquq-mühafizə orqnları respublikanın şimal-qərbində dövlət sərhədini pozan altı nəfər Ghürcüstan vətəndaşının saxlanması faktı ilə bağlı araşdırma tədbirləri aparırlar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Məlumata əsasən, aralarında erməni əsilli Gürcüstan vətəndaşları olan sərhəd pozucuları sentyabrın 23-də Ağstafa rayonu ərazisindəki Ağgöl gölündə Ağstafa rayonu ərazisindəki Ağgöl gölündə dövlət sərhədini qayıqla qanunsuz keçərkən saxlanılıb.
Sərhəd pozucularının şəxsiyyəti müəyyən edilib. Onlar - Zurab Xixityaşvili (1962-ci il təvəllüdlü), Nodar Qoqilyadze (1954-cü il təvəllüdlü), Valeri Zabiyev (1976-cı il təvəllüdlü), Eduard Arzumov (1943-cü il təvəllüdlü), Sergey Lexandiyan (1948-ci il təvəllüdlü) və Mişa Sarkisyandır (1948-ci il təvəllüdlü).