Azərbaycanin regionlarında səmti müəyyyən etmə idman növü üzrə yarış keçiriləcək.Bu barədə “İnterfaks –Azərbaycan” agentliyinə Azərbaycan Səmti Müəyyən Etmə İdmanı Federasiyasından bildirilib.
Cari ilin sonuna qədər 28-30 sentyabrda Nabranda respublika üzrə açıq çempionat, oktyabrın 19-21-də Heydər Əliyev adına açıq kubok uğrunda yarışlar keçiriləcək.
Göstərilən yarışları fərqləndirən cəhət budur ki, onlar Azərbaycanın müstəqillik qazandığı dövrdə ilk dəfə bu sahədə aparıcı kartoqraflar tərəfindən hazırlanmış, müasir standartlara uyğun yeni xəritələrlə təşkil olunacaq.
Azərbaycan ictimaiyyəti arasında səmti müəyyən etmə idmanına marağı artırmağa kömək məqsədi ilə nöbəti addım olaraq oktyabrın 16-da Bakıda “Azərbaycan Respublikasında səmti müəyyən etmə idmanı. İnkişafın vəziyyəti və perspektivli yolları” mövzusunda konfrans keçiriləcək.