Dövlət Miqrasiya Xidmətinin əməkdaşları ötən həftə ərzində ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 49 əcnəbi saxlayıb. Bu barədə DMX-nin mətbuat xidmətindən məlumat verilib.
17-21 sentyabr tarixlərdə Dövlət Miqrasiya Xidməti tərəfindən Bakı şəhərində, həmçinin Biləsuvar, Lerik və Masallı rayonlarında qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib. Nəticədə ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 49 əcnəbi aşkar edilərək barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib.