Azərbaycan Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində şəhər poliklinikasının açılışında iştirak edib. Bu barədə çərşənbə axşamı rəsmi mətbuat məlumat verib.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Prezidentə məlumat verib ki, 32 nömrəli şəhər poliklinikanın 1970-ci illərdə inşa olunan birmərtəbəli binası istifadəyə yararsız vəziyyətdə idi. Hazırda müasir standartlara cavab verən ikimərtəbəli yeni binada xəstələrin müayinə və müalicəsi üçün hər cür şərait yaradılıb.
Qaradağ rayonuna səfər çərçivəsində Prezident Qobustan qəsəbəsində 800 şagird yeri olan 330 nömrəli tam orta məktəbin açılışında iştirak edib.