“Paşa Sığorta” şirkəti 2012-ci ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyətdə olan sığorta şirkətləri arasında sığorta yığımı üzrə lider olub.Bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin saytında yerləşdirilmiş məlumatda bildirilir.
Xidmətin məlumatına əsasən, 2012-ci ilin yanvar-avqust aylarında “Paşa Sığorta” şirkətinin əldə etdiyi sığorta haqları 30 mln. 440,955 min manat və ya hesabat dövründə bütün sığortaçıların əldə etdiyi sığorta haqlarının 13,3%-i qədər təşkil edib.
Hesabat dövründə əldə edilən sığorta haqlarının həcminə görə, 10 aparıcı sığorta şirkətinin sırasına “AzSığorta” (25 mln. 744,897 min manat), “Atəşgah”(23 mln. 840,258 min manat), “Azərsığorta”(21 mln. 776,843 min manat), ”Atəşgah Həyat”( 15 mln.86,144 min manat), “Standard Insurance" (14 mln. 631,136 min manat), "AXA Mbask" (12 mln. 344,249min manat), “Paşa Həyat Sıgorta”(10 mln. 279,246 min manat), "Beynəlxalq Sığorta Şirkəti”(10 mln. 250,424 min.) və "Xalq Sıgorta" (8 mln. 732,489 min manat)daxil edilib.
Bütövlükdə, 2012-ci ilin yanvar- avqust ayları ərzində bazarda fəaliyyətdə olan 28 sığorta şirkəti sığorta haqqı əldə edə bilib. Bununla yanaşı, 1 mln. manatdan artıq məbləğdə sığorta haqqını 23 şirkət toplayıb.
Hesabat dövründə sığorta şirkətləri arasında ən çox ödənişi də “Paşa Sığorta” şirkəti həayata keçirib. Şirkətin ödənişləri 14 mln. 189,668 min manat və ya sığortaçıların bütün ödənişlərinin 24,1%-i qədər təşkil edib.
Sığorta ödənişlərinin həcminə görə 10 aparıcı şirkət sırasına “Azərsığorta”( 7 mln. 704,432 min manat), “Atəşgah”( 5 mln. 547,098 min), “Beynəlxalq Sığorta Şirkəti”( 4 mln.462,335 min) “AXA Mbask” (3 mln.684,571 min), “A-Qroup” (3 mln. 618,814 min) “Standard Insurance” (2 mln. 764,317 min.), “AzSığorta”(1 mln. 825,229 min manat) və “İpək Yolu” sığorta şirkətləri daxildir.
Xidmətin məlumatına əsasən, 2012-ci ilin yanvar- avqust aylarında 27 sığorta şirkəti sığorta ödənişi edib.
Hesabat dövründə sığortaçıların ümumi sığorta haqları 228 mln.872,603 min manat, ödənişləri 58 mln. 873,046 min manat təşkil edib.