Daxili İşlər Nazirliyinin əməkdaşları keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin satıçında şübhəl bilinən şəxsi həbs ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DİN-dən məlumat verilib.
Baxış zamanı respublikanın Şərur rayonunun sakininə məxsus avtomobildə polis əməkdaşları 4,127 kiloqram marixuana aşkar edərək götürüblər.
Fakt üzrə cinayət işi açılıb, istintaq aparılır.