Fransanın “Suez Environnment” şirkəti paytaxtın su təchizatı sisteminin təkmilləşdirilməsinə dair Master Plan hazırlayacaq. Bu barədə “Azərsu” SC-dən məlumat verilib.
““Suez Environnment” şirkəti ilə “Bakı şəhərinin su təchizatı xidmətlərinin əməliyyat qiymətləndirilməsi və Master Plana dəstək Layihəsi” üzrə xidmətlərin göstərilməsinə dair müqavilə imzalanıb”, - deyə məlumatda qeyd olunur.
Müqavilə paytaxtın mövcud su təchizatı sisteminin vəziyyətini araşdırmaq, zəif tərəfləri üzə çıxarmaq və fasiləsiz su təchizatına nail olmaq üçün Fəaliyyət Planının müəyyənləşdirilib təqdim edilməsini, eyni zamanda təcrübə mübadiləsini nəzərdə tutur.
Məlumatda qeyd olunur ki, “Azərsu” SC 2013-cü ilin sonuna qədər Azərbaycanın bütün şəhərlərini tam həcmdə su təchizatı ilə təmin etməyi planlaşdırır.