AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Din və ictimai fikir tarixi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənova “Avropa Nəşr Mətbu Evi”nin “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” üçün təsis edilən qızıl medalı ilə təlif olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın Rəyasət Heyətindən məlumat verilib.
AMEA-dan qeyd edilib ki, E.Həsənova elmi dairələrdə şərqşünaslıq, türkologiya və dinşünaslıq sahələrində mütəxəssis kimi tanınır. O, istedadlı gənc alimlərin hazırlanmasında, ölkədə dini islahatların həyata keçirilməsində səmərəli fəaliyyət göstrərib. Onun əsərləri Azərbaycanın hüdudlarında məşhurdur.