Çərşənbə günü Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində sərnişin avtobusunun “Kamaz” markalı yük maşını ilə toqquşması nəticəsində 15 nəfər xəsarət alıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, yol qəzasında15 nəfər xəsarət alıb. Onlardan doqquz nəfr ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Altı nəfər Travmotologiya İnstitutuna aparılıb.