Çərşənbə günü Bakıda AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində Elmi Texniki Şuranın iclası keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
AMEA RSXM-in əməkdaşı R.Kərimova tədbir iştirakçılarına mərkəzdə yeni proqram və texnologiyalar barədə məlumat verib. Bundan başqa, o oktyabrın 7-dən 12-dək keçirilməsi planlaşdırılan “Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı” mövzusunda Beynəlxalq konfransa hazırlıq işlərindən danışıb.
Konfrans Azərbaycanda seysmik xidmətin yaranmasının 110 illiyinə həsr olunub. Tədbirdə 20 ölkədən 50 mütəxəssisin iştirakı gözlənilir.