SOCAR şirkəti(Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) N.Nərimanov adına NQÇİ-nin neft mədənindən sahilə yüksək təzyiqli qaz kəmərinin tikinti-quraşdırma işlərini başa çatdırıb.Bu barədə şirkətin saytında məlumat verilir.
“QKS-Kənizdağ-Səngəçal Baş Qurğuları arası uzunluğu 11750 m olan 500 mm-lik yüksək təzyiqli qaz xətti Nərimanov adına NQÇİ-nin sifarişi ilə inşa edilib”,- deyə məlumatda qeyd olunur.
Şirkətin məlumatına əsasən, hazırda qaz kəmərinin “Azəriqaz” İstehsalat Birliyinin qaz nəqliyyat sisteminə qoşulması üzrə işlər başa çatdırılmaq üzrədir
Məlumatda həmçinin, “Neft Daşları” NQÇİ-nin sifarişi ilə həyata keçirilən 1043-1047-ci meydanlar arasında 8 düyməlik yüksək keyfiyyətli qaz kəmərinin tikinti-quraşdırma işlərinin başa çatdırıldığı bildirilir.