Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Monteneqronun xarici işlər və Avropaya inteqrasiya naziri Nebojsa Kaluderoviç Nyu-Yorkda görüş zamanı turizm və bir sıra digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər. Bu barədə nazirlikdən məlumat verilib.
Görüş zamanı tərəflər arasında hüquq-müqavilə bazasının genişləndirilməsi barədə razılıq əldə olunub.
Bundan başqa, E.Məmmədyarov Monteneqrolu həmkarını Azərbaycana səfərə dəvət edib və nazir dəvəti qəbul edib.