Moskvanın cənubunda bir qrup azərbaycanlıların naməlum şəxslərlə münaqişəsi zamanı bir nəfər ölüb, daha bir nəfər yaralanıb. Bu barədə “İnterfaks” agentliyinə hüquq-mühafizə orqanlarından olan mənbə məlumat verib.
Onun sözlərinə görə, çərşənbə günü saat 4:00 radələrində yol polisi əməkdaşları volqoqrad prospekti və Üçüncü Nəqliyyat Dairəsinin kəsişməsində “VAZ-2110” markalı avtomobili saxlayıblar. Avtomobildə üç nəfər olub, 57 yaşlı Azərbaycan vətəndaşı qarnından güllə yarası alıb.
Saxlanılan şəxslər polisə izah ediblər ki, həmin şəxs Krasniy mayak küçəsində kafenin yanında bir qrup naməlum şəxslərlə münaqişə zamanı yaralanıb. Naməlum şəxslər azərbaycanlıları güllə atəşinə tutublar, sonra isə iki avtomobillə hadisə yerindən qaçıblar.
Təqribən eyni zaman 7 saylı şəhər xəstəxanasının ərazisində 27 yaşlı Azərbaycan vətəndaşı güllə yaralarından həlak olub. Polislər həlak olanın eyni münaqişə zamanı yaralandığını istisna etmirlər.
Qətl və silahın qanunsuz dövriyyəsi faktı üzrə cinayət işi açılıb.