Azərbaycan Mərkəzi Bankı (AMB) yeni inzibati binada inşa ediləcək tam Avtomatlaşdırılmış Nağd Pul Mərkəzində Nağd Pulun İdarə Edilməsi Sistemlərinin satın alınması və quraşdırılması üzrə keçirilən təkliflər sorğusunu keçirməkdən imtina edib. Bu barədə AMB-dan məlumat verilib.
Xəbər verildiyi kimi, Bakı şəhərində yeni inzibati bina inşa etməyi planlaşdırır.
“Təkliflər sorğusunda iddiaçıların sayının üçdən az olması ilə əlaqədar AMB yeni inzibati binada inşa ediləcək tam Avtomatlaşdırılmış Nağd Pul Mərkəzində Nağd Pulun İdarə Edilməsi Sistemlərinin satın alınması və quraşdırılması üzrə keçirilən şirkət seçimindən imtina edib”, - deyə bankın məlumatında vurğulanır.
Xəbər verildiyi kimi, Nazirlər Kabinetinin sərəncamı ilə AMB-yə yeni inzibati binanın tikintisi üçün Heydər Əliyev prospektində torpaq sahəsi ayrılıb. Avstriyanın “Coophimmelb AU” şirkəti kompleksin layihələndirilməsi ilə məşğul olur. Nağd pula təlabat, qızıl ehtiyatlarının saxlanması üçün zəruri infrasturktur nəzərə alınaraq layihədə “Xəzinə mərkəzi”nin yaradılması planlaşdırılır.
Yeni bina Mərkəzi Bankın yaxın 20-25 ildə inkişaf perspektivləri və genişlənməsi nəzərə alınmaqla bütün zəruri infrastrukturla təchiz olunacaq.