Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində sloveniyalı həmkarı Karl Eryaveçlə görüşüb.Bu barədə “İnterfaks - Azərbaycan” agentliyinə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuata xidmətindən məlumat verilib.
Görüş zamanı tərəflər Azərbaycamn və Sloveniya arasında ikitərəfli əlaqələrinin inkişaf imkanlarını, eləcə də qarşlıqlı maraq doğuran sahələrdə əlaqələrin genişləndirilməsini müzakirə ediblər.
Bundan başqa, hüquq bazasının genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarının öyrənilməsi məqsədi ilə qarşlıqlı səfərlərin və biznes forumların təşkilinin vacibliyi məsələləri də XİN başçılarının müzakirə mövzusu olub.
E.Məmmədyarovun həmçinin Sinqapurin xarici işlər naziri Kasivisvanatan Şanmuqamla da görüşü olub.Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün hüquqi bazanın genişləndirilməsi məsələləri müzakirə edilib.
Tərəflər bir sıra sənədlərin imzalanması barədə razılığa gəliblər
Görüş iştirakçıları beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinin, eləcə də qarşılıqlı görüşlərin təşkilinin vacibliyini qeyd ediblər.