Vergilər Nazirliyi Bakıda Qanunsuz totalizator fəaliyyəti göstərən iki obyekt aşkar edib.Bu barədə Vergilər Nazirliyinin məlumatında bildirilir.
“Bu totalizatorlar şahin Qafarov və Orxan Quliyevə məxsusdur”,- deyə məlumatda qeyd olunur.
“Real” adı ilə qanunsuz totalizator fəaliyyəti göstərən obyektdə nəzarət tədbiri keçirilərkən Vergilər Nazirliyinin əməkdaşları tərəfindən 4 ədəd kompyuter dəsti, noutbuk, televizor, “qara mühasibatlıq” sənədləri və nağd pul vəsaitləri aşkar edilib
“Maxsimus”adlı obyektdən 2 ədəd kompyuter dəsti, televizor, boş və yazılı uduş kuponları, nağd pul vəsaitləri rəsmiləşdirilərək götürülüb.