SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İB cümə günü Zaqatala rayonunun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlyumat verilib.
“Təmir işləri ilə əlaqədar olaraq saat 10:00-dan 17:00-dək “Zaqatala” Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq”, - deyə şirkətdə qeyd ediblər.
Təmir işləri aparılan müddətdə Zaqatala rayonunun qazla təmin olunan bütün yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.