Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən “Emin N” MMC-yə məxsus “Golden Ring” şadlıq evində bir sıra nöqsanlar aşkar edilib. Bu barədə Komitənin saytında məlumat verilir.
Araşdırma zamanı müəyyən olunub ki, şadlıq evində təqdim olunan kulinariya məmulatları müvafiq qaydada təsdiq olunan texnoloji təlimat və resepturalar olmadan, həmçinin təhlükəsizlik göstəricilərinə nəzarət olunmadan hazırlanır.
Həmçinin, ərzaq məhsullarının saxlanılması rejiminə əməl olunmadığı müəyyən edilib.
Yoxlamalar zamanı alkoqolsuz işkilərin saxlanma müddətinin normativ sənədlərə uyğun gəlmədiyi, ərzaq məhsullarının saxlanılmasında sanitar normalara əməl olunmadığı müəyyən olunub.
Faktla bağlı şadlıq evinə tələbnamə təqdim edilib.