Azərbaycanda yeni, tələbələr üçün bütün beynəlxalq tələblərə cavab verən yataqxanaların tikintisi planlaşdırılır. Bu barədə təhsil nazirinin müavini Qulu Novruzov cümə günü jurnalistlərə məlumat verib.
“Tələbə yataqxanalarında yaşayan qaçqın və məcburi köçkünlərin köçürülməsi prosesi artıq başlanıb. İnfrastrukturu lazımi tələblərə cavab verən yataqxanalar təmir olunacaq, digərləri isə söküləcək və onların əvəzinə yeniləri tikiləcək”, - deyə Q.Novruzov Azərbaycan və Aİ arasında “Körpülərin salınması” beynəxalq konfransda bildirib.
Bundan başqa, o məlumat verib ki, Avropa İttifaqının ali təhsil üzrə TEMPUS layihəsi çərçivəsində Azərbaycanda 32 layihə reallaşır.
Onun sözlərinə görə, hər layihənin icra müddəti 2 ildən 3 ilə qədərdir. Bu layihələr dar ixtisaslaşdırılmışdılar, lakin onlar Avropa təhsil sisteminə inteqrasiya üzrə yaxşı nəticələr verir.
“Layihələr çərçivəsində iştirakçı universitetlər yeni avadanlıq, müasir laboratoriyalarla təmin olunurlar. TEMPUS layihəsində Gəncə Universuteti, Naxçıvan Universiteti, bir sıra Bakı universitetləri iştirak edirlər”, - deyə Q.Novruzov bildirib.
Respublikada ərəb gənclərinin tədris alması məsələsinə toxunan Q.Novruzov qeyd edib ki, onların ali təhsili Azərbaycanda almaqları daha yaxşı olardı.
“Azərbaycanın təhsil sistemi ərəb və Asiya ölkələrindən tələbələrin burada ali təhsil aldıqları üçün kifayət qədər potensiala malikdir. Avropada deyil, burada təhsil alan əfqanlı tələbə daha öyrəncəli mühitdə olacaq, çünki Azərbaycan müsəlman ölkəsidir”, - deyə o əlavə edib.