Ötən həftə ərzində Azərbaycanın hüquq-mühafizə orqanları əməkdaşları öncə cinayət axtarışında elan olunan 128 nəfər saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bundan başqa, hesabat dövründə bədbəxt hadisə nəticəsində 11 nəf rhəlak olub, dörd nəfər bədəb xəsarəti alıb və zəhərlənib, dörd nəfər isə intihara cəhd edib.
Dörd nəfər qətldə şübhəli bilinərək saxlanılıb. Öldürülməyə cəhd və qəsdən bıçaq və bədən xəsarətləri yetirilmyə görə - 11 nəfər, quldurluq və soyğunçuluğa görə - səkkiz nəfər, oğurluğa görə - 26 nəfər, avtomobil qaçırılmasına görə - yeddi nəfər, dələduzluqda – iki nəfər, insane alverində - bir nəfər saxlanılıb. 15 qanunsuz odlu silah və sursat aşkar edilib götürülmə faktı qeydiyyata alınıb.