Ötən həftə Bakıda və respublikanın yollarında 59 yol nəqliyyat hadisəsi baş verib. Bu barədə “İnterfaks –Azərbaycan” agentliyinə DİN-dən məlumat verilib.
Baş verən qəzalar nəticəsində 27 nəfər həlak olub, 98 nəfər yaralanıb.
Bakının Qaradağ rayonunda avtomobil ana və qızını vurub. Hadisə nəticəsində hər iki piyada həlak olub.Həmin rayonda sərnişin avtobusunun “Mersedes” markalı avtomobillə toqquşması 14 nəfərin yaralanmasına səbəb olub.
Xətai rayonunda iki “VAZ” markalı avtomobilin toqquşması bir nəfərin ölümü , beş nəfərin yaralanması ilə nəticələnib.